AZ

“Neftçi”də rəhbər vəzifəyə yeni şəxs gətirildi - SON DƏQİQƏ

Bu gün “Neftçi” Futbol Akademiyasında yeni təyinatlar olub.

Son vaxtlara kimi “Qəbələ“ və “Səbail“də işləmiş bir neçə məşqçi burada iş alıb.

Namiq Adilov akademiyanın koordinatoru vəzifəsinə gətirilib.

O, bu postda Elşad Əhmədovu əvəzləyib. 2021-ci ildən paytaxt təmsilçisində fəaliyyət göstərən mütəxəssislə yeni müqavilə imzalanmayıb.

N.Adilov bundan öncə aşağı yaş qrupları üzrə yığmalarda çalışıb. Son olaraq U-18-da İlham Yədullayevin köməkçisi işləyib.

SPORTİNFO.AZ

Elşad

Seçilən
43
50
sportinfo.az

10Mənbələr