AZ

AQTA Kürdəmirdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB

Kürdəmir rayonu, Xırdapay kəndində "Naftalan" ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
 
Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus "Naftalan" restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
 
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.
 
Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
 
02:00
 
Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Naftalan" istirahət mərkəzində baş verib.
 
Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.
 
Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla, 5 nəfər - Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
 
Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.
 
01:52
 
Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
 
Moderator.az xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir.
 
- Ümüd İlkin oğlu Səlimli (2010)
 
- Firuzə Şaxtalı qızı Şirəliyeva (1992)
 
- Aydan Məmməd qızı Şirəliyeva (2009)
 
- Könül İlqar qızı Məmmədova (1992)
 
- Səadət Mehrab qızı Orucova (2002)
 
- Mübariz Ənnağı oğlu Şəmiyev (1979)
 
- Samirə Qara qızı Şəmiyeva (1983)
 
- Ramil Möhkəm oğlu Məmmədov (1986)
 
- Ümid Mübariz oğlu Şəmiyev (2002)
 
- Xatun Mübariz qızı Şəmiyeva (2006)
 
- Qurban Nizami oğlu Əsgərli (2010)
 
- Sehrayə İntiqam qızı Sultanlı (2015).
 
00:36
 
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
 
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
 
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Seçilən
158
28
moderator.az

10Mənbələr