AZ

Kürdəmirdə kütləvi zəhərlənmə

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. 

Ümumilikdə 8 nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.

Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırıblar.

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Seçilən
70
2
qafqazinfo.az

10Mənbələr