Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib.
Sportinfo.az xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı”nın yetirməsi imiş.
O, II Liqada mübarizə aparan Saatlı təmsilçisinin U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.
Iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb.
“Zirə”nin akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.