Azərbaycan Gənclərinin Maarifləndirilməsi Assosiasiyası (AGMA) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş təşkil edib.
Görüşdə jurnalistlərin informasiya cəmiyyətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib və onların peşəkar fəaliyyətində uğurlar arzulanıb.
Tədbir çərçivəsində xoş anlar yaşanıb, fikir mübadiləsi aparılıb və AGMA ilə media nümayəndələri arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Sonda təşkilat rəhbərliyi jurnalistlərə göstərdikləri əmək və fədakarlığa görə təşəkkür edib.