22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən tədbir təşkil edilib.
“Report”un məlumatına görə, mərasimdə media nümayəndələri və federasiya rəsmiləri iştirak ediblər.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistləri təbrik edib.
O, 2024-cü ilin Azərbaycan cüdosu üçün önəmli hadisələrlə yadda qaldığını söyləyib. Ardınca tatamidə kata nümayiş olunub.
Tədbir əyləncəli oyunlarla davam edib.