Yaponiyanın baş naziri Siqeru İsiba açıq şəkildə bildirib ki, rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının məğlubiyyətinə baxmayaraq, vəzifəsində qalmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, o, partiyasının digərləri ilə müqayisədə mandatlara görə ən böyük partiya olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, ölkə üçün görülməli olan işləri görmək məsuliyyəti var.
İsibanın vəzifəsində qalıb-qalmayacağı ilə bağlı suala o, səslərin hesablanması zamanı yekun cavab verə bilməyəcəyini, lakin “məsuliyyəti daşımalı” olduğuna inandığını deyib.