Ermənistanın İstintaq Komitəsi 27 il əvvəl ölkənin müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin "aydınlaşdırıldığını" bildirib.
AzNews.az erməni mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl keçmiş "Qarabağ müdafiə ordusunun komandanı" Samvel Babayan bu iş üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Səbəb- internetdə bir istifadəçinin onu, o cümlədən Xorxoroninin də daxil olduğu 7 nəfərin qətlində ittiham etməsi idi. Həmin müraciət rədd edilsə də, istintaq prosesi başlanmışdı.
İndi isə bu iş üzrə Babayanın keçmiş mühafizə rəisi Sasun Aruşanyan ittiham olunur. Aruşanyanın Babayanın başqa bir işində- keçmiş "Dağlıq Qarabağ prezidenti" Arkadi Qukasyana qarşı sui-qəsdə cəhddə də rolu olduğu deyilir.
Əslində, istintaq yeni heç nə ortaya çıxarmayıb- İrəvan mediası yazır- sadəcə, vaxtilə sübuta yetirilməyən ehtimallar indi sübut kimi təqdim olunur. Qətldə icraçılar göstərilsə də, sifarişçilər hələ də məlum deyil.