AZ

Samvel Babayanın yaxın adamı MN rəhbərinin müavininin qətlinə görə həbs edilib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1998-ci ildə Ermənistan müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinə görə tutulan Sasun Aruşanyan həbs edilib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya İstintaq Komitəsindən bildirilib.

Aruşanyanın həmin illərdə Samvel Babayanın mühafizəsinin “rəisi” vəzifəsində çalışdığı qeyd olunub.

Qeyd edək ki, Samvel Babayan Qarabağ separatçılarının “müdafiə naziri” olub.

Xatırladaq ki, Ermənistanda 27 ildən sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb. Ermənistan İstintaq Komitəsi 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstünün açıldığını açıqlayıb, üç nəfər cinayət törətməkdə ittiham olunur.

İstintaqa görə, Sasun Aruşanyan iki nəfərə 10 min və 15 min dollar vəd edərək onlarla birlikdə təyin olunmuş gündə 1998-ci il dekabrın 10-da Xorxorunini yaşadığı binanın girişində güllələyiblər. O, saxlanılıb.

Xorxoruni 1998-ci il dekabrın 10-na keçən yaşadığı binanın girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
11
apa.az

10Mənbələr