Vətəninfo.az “Tasnim News”-ə istinadən xəbər verir ki, sabah Xəzər dənizində İran və Rusiya arasında “CASAREX2025” adlı birgə dəniz axtarış və xilasetmə təlimi keçiriləcək.
Məlumata görə, üç gün davam edəcək təlimdə İran Ordusu, SEPAH, Polis Komandanlığı və Rusiya Hərbi Dəniz Qüvvələri iştirak edəcək.
Təlim “Təhlükəsiz Xəzər dənizi naminə” şüarı ilə təşkil olunur və Xəzəryanı ölkələr müşahidəçi qismində qatılacaq. Məqsəd bölgədə dəniz təhlükəsizliyini gücləndirmək və hərbi-dəniz əməkdaşlığını artırmaqdır.