AZ

Gürcü nazir: Orta Dəhlizin inkişafı bölgədə sabitliyə töhfə verəcək

TBİLİSİ, 21 iyul. TELEQRAF

“Orta Dəhliz Avropa ilə Asiya arasnda etibarlı və effektiv tranzit yolu olmaq üçün xüsusi potensiala malikdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Astanada rəsmi səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə deyib.

Nazirin sözlərinə görə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən mühüm komponentdir və onun inkişafı regionda həm iqtisadi tərəqqiyə, həm də sabitliyə töhfə verəcək.

“Orta Dəhlizin inkişafı daha çox koordinasiya, sərmayələrin və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün dəhlizin iştirakçı ölkələrinin səylərinin artırılmasını tələb edir”, - M. Kvrivişvili söyləyib.

Görüşdə iki ölkə arasında nəqliyyat və logistika, o cümlədən ticarət sahəsində əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib. Tərəflər Gürcüstan və Qazaxıstanın Avropa və Asiya arasında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı strateji tərəfdaşlığını vurğulayıblar.

Nazirlər qeyd ediblər ki, ötən il iki ölkə arasında yerüstü nəqliyyatla təxminən 1 milyon, dəmir yolu vasitəsilə isə 2,7 milyon tondan çox yük daşınıb.

Tərəflər, həmçinin Çin-Avropa istiqamətində konteyner daşımalarının inkişafında Gürcüstan, Azərbaycan və Qazaxıstanın əməkdaşlığına və bu məqsədlə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun uğurla işə salınmasına da diqqət çəkiblər.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr