AZ

Xameneinin müşaviri İranın mesajını Putinə çatdırdı: Nə deyilir?

İranın ali dini liderinin baş müşaviri Əli Laricani Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb və İran rəhbərliyinin mesajını ona çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, Laricani və Putin ikitərəfli münasibətləri müzakirə ediblər.

"Moskvaya səfəri zamanı Laricani İran rəhbərliyinin Yaxın Şərqdəki vəziyyət, qlobal proseslər və ikitərəfli münasibətlərlə bağlı ortaq mövqeləri və baxışları ilə İran rəhbərliyinin mesajını prezident Putinə çatdırıb. Onun Putinlə yaxşı görüşü olub. Geniş spektrli aktual məsələlər müzakirə olunub", - Bəqayi mətbuat konfransında deyib.

Seçilən
30
5
publika.az

10Mənbələr