Olaylar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
O, danışıqların konstruktiv keçdiyini vurğulayıb:
"Əli Laricani Putinə Tehranın regional inkişaf, beynəlxalq məsələlər və ikitərəfli əlaqələrə dair fikirlərini izah edib. Onun Rusiya lideri ilə görüşündə geniş spektrli məsələlər, xüsusilə də ikitərəfli əlaqələr və son üç-dörd həftə ərzində regionda baş verən hadisələr müzakirə edilib".
Qeyd edək ki, iyulun 20-də Rusiya prezidenti Vladimir Putin Kremldə İranın ali liderinin baş məsləhətçisini qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31