ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyulun 21-dən Xəzər dənizində "CASAREX-2025" axtarış və xilasetmə təlimləri başlayır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib.
Üç gün davam edəcək təlimlərdə Rusiyanın Xəzər hərbi-dəniz qrupunun və İran Hərbi-Dəniz Qüvvələrinin gəmiləri iştirak edəcək.
Məlumata görə, təlimlər İran Hərbi-Dəniz Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu, İranın Daxili Təhlükəsizlik Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri, eləcə də Xəzəryanı dövlətlərdən olan müşahidəçilərin iştirakı ilə "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" şüarı altında keçirilir.
Manevrlərin məqsədi dənizdə təhlükəsizliyin, o cümlədən Xəzər dənizi hövzəsi ölkələrinin donanmaları arasında dəniz koordinasiyası və əməkdaşlığın səviyyəsinin artırılmasıdır.
Qeyd edilib ki, Rusiyaya məxsus "SB738" gəmisi manevr zonasına daxil olub və İran Hərbi-Dəniz Qüvvələri tərəfindən qəbul edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.