AZ

Şuşa Forumundakı Belluçinin oxşarı azərbaycanlı ALİM imiş FAKT

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Füzuli Beynəlxalq Hava Limanında diqqət çəkən və bir çoxlarının məşhur aktrisa Monika Belluççiyə bənzətdiyi şəxslə bağlı maraqlı faktlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Orxan Məmmədli paylaşım edib.

Paylaşımda qeyd olunub ki, Kəmalə Muradova əslində fransada yaşayan və beynəlxalq miqyasda fəaliyyət göstərən azərbaycanlı alimdir.

Bildirilib ki, Kəmalə Muradova III Qlobal Şuşa Forumunun iştirakçısı kimi Azərbaycana gəlib.

O, Fransada yerləşən "Almatoon Media"-nın layihə rəhbəri olmaqla yanaşı, Parisdəki Geosiyasi Akademiyada fəlsəfə doktorudur (PhD). Forum çərçivəsində bölgədə baş verən hadisələrlə bağlı aktiv iştirakı və çıxışları ilə seçilən Kamala xanım xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fransız dilində yazdığı kitabla beynəlxalq elmi dairələrdə tanınıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
50
bakivaxti.az

10Mənbələr