AZ

Əqli Mülkiyyət Agentliyinin PƏNAH rəqəmli informasiya sistemi şəffaflığı və məlumatlara əlçatanlığı təmin edir

Bakı, 21 iyul, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb və institusional dəyişikliklər həyata keçirilib. Agentlikdə 24/7 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində jurnalistlərlə keçirilən görüşdə bildirilib. Qeyd olunub ki, bu sistem şəffaflığın və məlumatlara əlçatanlığın təmin edir. İstənilən vaxt və istənilən yerdən PƏNAH vasitəsilə iddia sənədinin Agentliyə göndərilməsi mümkündür.

 

Seçilən
9
6
azertag.az

10Mənbələr