AZ

Dubay Ümumdünya Poçt İttifaqının 28-ci konfransına ev sahibliyi edəcək

Qahirə, 21 iyul, AZƏRTAC

Sentyabrın 8-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Ümumdünya Poçt İttifaqının 28-ci konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Gələcəyin qurulması üçün dəyişikliklər” şüarı altında keçiriləcək tədbirin rəsmi loqosu və vizual kimliyi təqdim edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumu olan Ümumdünya Poçt İttifaqının konfransı hər dörd ildən bir keçirilir. Budəfəki konfransda yeni strategiyanın qəbul edilməsi və beynəlxalq poçt mübadiləsi qaydalarının müəyyənləşdirilməsi gözlənilir.

Konfransın rəsmi loqosu və vizual kimliyinin təqdimat mərasimi İsveçrənin paytaxtı Bern şəhərində təşkil olunub. Tədbirdə çıxış edən təşkilat komitəsinin sədri Sultan bin Səid əl-Mənsuri Dubayda keçiriləcək konfransın sektorun gələcəyinin yenidən dizayn olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiyaların tətbiqi və çevik, davamlı iş modellərinin inkişafı üçün əhəmiyyətli fürsət olacağını bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
8
40
azertag.az

10Mənbələr