AZ

Azərbaycan Voleybol Federasiyası jurnalistləri təbrik etdi

BAKI. 21 iyul. TELEQRAF

Azərbaycan Voleybol Federasiyası (AVF) Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirib.

Teleqraf xəbər verir ki, “Həyat Residence”də baş tutan jurnalistlərlə görüşdə federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov və media nümayəndələri iştirak edib.

Bağırov çıxışında media təmsilçilərini təbrik edib: “Bilirik ki, Milli Mətbuat Günü geniş for qeyd olunur. Dövlətin media orqanlarına verdiyi diqqət göz önündədir. Voleybol barədə məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rol oynayıb. Voleybolun inkişafına mütləq media dəstək olmalıdır. Dəstəyiniz üçün sizə xüsusi təşəkkürümüzü bildiririk".

AVF prezidentinin sözlərinə görə, əsas hədəfləri gənc voleybolçular yetişdirməkdən ibarətdir: "14 - 18 yaşlılardan ibarət voleybolçular arasında daxili çempionat keçirdik. Müxtəlif regionlardan məktəblilər qatıldılar. Sevindirici hal kütləviliyin artmasıdır. O cümlədən, rayonlarda həm qızlar, həm də oğlanlar arasında voleybol yarışlarında iştirak edərək mükafatlar qazandılar".

Bağırov hazırda 28 sentyabr - 8 oktyabrda baş tutacaq III MDB oyunlarına hazırlaşdıqlarını açıqlayıb: "Voleybol üzrə həm qızlar, həm də oğlanlardan ibarət milli komandalarımız Oyunlarda iştirak edəcəklər. Bunun üçün ciddi hazırlıq aparılır. Növbəti il də bizi ciddi yarışlar gözləyir. Gənc voleybolçuları inkişaf etdirib onları beynəlxalq yarışlara hazırlayırıq. Xüsusi hal ondan ibarətdir ki, Naxçıvandan məşqçi korpusu və gənc idmançılar iştirak edir. Bununla yanaşı, bu strategiya fərqli regionlarda davam etdirilir".

phrase_var_article.chosen
12
50
teleqraf.com

10phrase_var_article.sources