AZ

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi media nümayəndələri ilə görüş keçirib

22 İyul — Milli Mətbuat Günü münasibətilə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi media nümayəndələri ilə görüş keçirib.

"Report" xəbər verir ki, "Hyatt Regency"in Nizami zalında baş tutan tədbirdə açılış sözü Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırova verilib.

Media nümayəndələrini özəl gün münasibəti ilə təbrik edən qurum rəhbəri, onların il ərzində gördüyü işləri yüksək qiymətləndirib:

"Bizim bir sıra idman tədbirlərində media mənsubları ilə görüşlərimiz olur. Lakin bu dəfəki görüşün formatı fərqlidir. Jurnalistlər Azərbaycan Voleybol Federasiyasının və digər idman qurumlarının tədbirlərini yüksək səviyyədə işıqlandırırlar. Keçirilən yarışların beynəlxalq arenaya çatdırılmasında medianın böyük rolu var. Bütün media nümayəndələrinim bayramı mübarək olsun!".

AVF-nin vitse-prezidenti Faiq Qarayev də öz növbəsində media işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca AVF-nin ötən 1 il ərzindəki uğurlu işlərini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra aktiv fəaliyyət göstərən media qurumları, o cümlədən "Report" İnformasiya Agentliyi xüsusi fərqləndirilib, xüsusi hədiyyə ilə təltif edilib.

Hədiyyəni agentliyin idman şöbəsinin əməkdaşına Şahin Bağırov təqdim edib.

phrase_var_article.chosen
12
50
report.az

10phrase_var_article.sources