Bu gün Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 22 iyul - Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. 

Offsideplus.az xəbər verir ki, media nümayəndələri ilə görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və baş katib Faiq Orucov iştirak edib. 

Tədbirdə qurumun prezidenti Ş.Bağırov fikirlərini bölüşüb, 2025-ci ildə 14, 16, 18 yaş qrupları arasında daxili çempionatın keçirilməsi, bölgələrdə kütləviliyin artması qeyd olunub.

"MDB oyunlarına hazırlaşırıq. 18 yaş üzrə qız və oğlanlardan ibarət yığmalarımız iştirak edəcək. 2026-cı ilin avqustunda təsadüf edəcək Avropa çempionatının bir hissəsi ölkəmizdə keçiriləcək. Qızlarımız bu yarışa hazırlaşır. Bu, bizim yaxın dövrdə olan hədəflərimizfit. Aşağı yaş komandalarımızı inkişaf etdirmək, Populyarlığı artırmaq, uzunmüfddətli hədəflərimiz arasındadır", deyə Ş.Bağırov bildirib.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev geridə qoyulan mövsümdə ölkə voleybolunu dəyərləndirib, mətbuata təşəkkürünü çatdırıb:

"Avqustda seçmə mərhələnin püşkü atılacaq. Bunu daha sonra daha geniş şəkildə müzakirə edəcəyik, püşk dəyərləndiriləcək. Çox danışmaq istəməsək də, çətinliklərimiz var. 8 oyunçumuz yığmada oynamasa da, gənc oyunçularımız şans qazandı. Yığmaya rəhbərlik etmək bir azərbaycanlı kimi qürurvericidir. Gələn il Avropa çempionatında qrupdan çıxsaq, bu, Azərbaycan voleybolunun dirçəlişi olacaq".