AZ

"Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlanıb

Bakı, 21 iyul, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Daniele Doveri, AVAR-da Daniele Paterna olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Seçilən
10
39
azertag.az

10Mənbələr