AZ

ADNSU da Milli Mətbuat Günü qeyd olunub FOTO

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüş keçirib.

"APA-Economics" xəbər verir ki, Universitetdə keçirilən görüşdə rektor Rüfət Əzizov jurnalistləri salamlayaraq Milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə onları təbrik edib. O, Azərbaycanın mətbuat tarixindən danışaraq qeyd edib ki, “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız xalqımızın milli inkişafında və birliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Rektor çıxışında əlavə edib ki, digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Məhz Ulu Öndərin Sərəncamı ilə 1995-ci ildən etibarən iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur və mətbuatımızın inkişafı ilə bağlı müxtəlif proqramlar həyata keçirilir.

Görüşdə dosent Rüfət Əzizov ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlardan da danışıb, ADNSU-da tədris prosesi, mövcud şərait və perspektiv layihələr haqqında jurnalistlərə məlumat verib. O, media ilə sıx əməkdaşlığın universitetdəki yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Sonda rektor jurnalistlərin suallarını cavablandırıb, səmərəli əməkdaşlığa, həmçinin təhsilin, elmin və medianın inkişafına verdiyi töhfələrə görə onlara təşəkkürnamələr təqdim edib və xatirə şəkilləri çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
47
apa.az

10Mənbələr