AZ

PKK terror təşkilatının Suriya qolunun lideri Mazlum Abdi öldürüldümü? – İddialar güclənir

PKK terror təşkilatının Suriya qolu SDQ-nin lideri Mazlum Abdinin sui-qəsd nəticəsində öldürüldüyü iddia edilib.

Turkustan.az xəbər verir ki, SDQ-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı 2025-ci ilin martında Suriya prezidenti Şara ilə əldə olunan razılaşmanın tərəfi olan SDQ lideri Mazlum Abdinin öldürüldüyü iddia edilib.

Habertürk Təhlükəsizlik Siyasəti Koordinatoru Çetiner Çetin bu iddianın güclü olub-olmadığını söyləmək üçün hələ tez olduğunu bildirib.

MİT direktoru Kalının "Terrorsuz Türkiyə" prosesində siyasi partiya liderlərini ziyarət etdiyi bir gündə çıxan xəbərin danışıqların gündəmini dəyişmək olduğunu ifadə edən Çətin, "Məzlum Abdi Suriyada amerikalıların qoruduğu ərazidə yaşayır. Mühafizəçilərinin ona sui-qəsd etdiyi deyilir. Ancaq ölü olduğuna dair konkret dəlil yoxdur" dedi.

Çətin: "İnkar edilmədiyi üçün sui-qəsd ehtimalı yüksəkdir, amma ölsəydi, açıqlanacaqdı. Bugünkü açıqlamanın səbəbi İbrahim Kalının təmaslarına kölgə salmaqdır. Halbuki Mazlum Abdi öldürülsəydi, İsrail SDQ üzərində daha çox nəzarəti ələ keçirəcəkdi" dedi.

Bildirilib ki, PKK daxilində Mazlum Abdiyə qarşı bundan əvvəl iki dəfə sui-qəsd olub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
51
2
turkustan.az

10Mənbələr