AZ

ABŞ və Türkiyədən Suriyalı kürdlərə sərt ultimatum: 30 gün vaxt verildi

ABŞ və Türkiyə Suriyadakı kürd hərbi alyansı olan “Suriya Demokratik Qüvvələri”nə (SDF) ultimatum təqdim edərək, onlara Dəməşq hökuməti ilə inteqrasiya prosesini tamamlamaq üçün 30 gün vaxt veriblər. Bu barədə məlumatı “Middle East Eye” nəşri yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, mart ayında SDF-in rəhbəri Məzlüm Əbdi ilə Suriya Prezidenti Əhməd əş-Şəraa arasında SDF-in rəsmi şəkildə Suriya hökumətinə birləşdirilməsini nəzərdə tutan razılaşma imzalanıb. Lakin bu proses müəyyən səbəblərdən dayanıb. Kürd qruplaşmaları tam birləşməyə razı olmayaraq, Suriya Müdafiə Nazirliyinin tərkibinə daxil olmağa qarşı çıxıb və öz müstəqil hərbi komandanlıqlarını və struktur sistemlərini qorumaqda israrlıdırlar.

Mənbələrin bildirdiyinə görə, həm Vaşinqton, həm də Ankara artıq bu prosesin ləngiməsindən ciddi narahatdır və səbir limitləri tükənmək üzrədir. Bu səbəbdən də SDF rəhbərliyinə irəliləyiş üçün 30 günlük müddət tanınıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
38
3
konkret.az

10Mənbələr