AZ

Nicat gec ata olmasından DANIŞDI: “Sual verirlər ki, “sənə halaldır, 6 il necə gözlədiniz?” - VİDEO

Aktyor Nicat Rəhimov xanımı Ülviyyədən və qızından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlamalar verib.
Nicat həyat yoldaşının ona çox dəstək olduğunu söyləyib: “Həyat yoldaşım həmişə mənə dəstək olub. O, mənim motivatorum və tənqidçimdir.
 

O qədər olub ki, məsləhətləşmişik, onun tövsiyəsi məni başqa tərəfə yönəldib, uğurlu alınıb. Hansısa tanınmış sənətçinin ailəsində problem, söz-söhbətlər olur. Məsələn, rayonda günlərlə çəkilişlər etməyimi başa düşüb ki, bu, mənim sənətimdir. Ailəm mənim üçün müqəddəsdir, birinci ailəmdir”.


Nicat həmçinin gec ata olmasından da söz açıb: “Mən bir il yarım əvvəl müsahibə vermişdim. Sual verdilər ki, “necə ata olarsan?” Onda demədim ki, övlad gözləyirik. Həmin ərəfədə bilirdik.

Dedim, çox gözəl, ideal ata olaram. Sözümün üstündə də dururam. Dostlarım deyirdilər ki, “ata ol, bilərsən, görərsən”. O hissi söz tapmıram izah etməyə, dəhşətli bir hissdir, möcüzədir.

Mənə sual verirlər ki, “sənə halaldır, 6 il necə gözlədiniz?” Mənə təəccüblü gəlir ki, necə olmalıydı ki? Olur ki, ailələr dağılır. Nə mənim ailəm tərəfdən, nə də xanımım tərəfdən bu söhbət açılmadı ki, “uşaq niyə olmur?” Mümkün deyil ki, olsun. Biz də çox güclü olduq, dualar etdik. Yaxınlarımızın da duaları ilə dözdük, inanırdıq, Allah bizə qız övladı nəsib etdi.
 

Ata olduqdan sonra məsuliyyət artır, özünü başqa cür hiss edirsən ki, qız övladın var. Səni çox dəyişir. Mən aktyoram, komediyaya çəkilirəm. Artıq övladını fikirləşirsən, gələcəyini, yaxşı yaşamasını, təhsilini düşünürsən. İstəyirsən ki, daha çox çalışıb, daha çox pul qazanıb, gələcək həyatını qurmaq istəyirsən.


Deyirlər, kişi evdə olmur, ana tərbiyə edir. Ondan çox arxayınam, mənim xanımımı da düz böyüdüblər. İnanıram ki, qızım da elə böyüyəcək. Ən əsası öz fikri olsun, insan olsun. Birinci insan olmalısan ki, digərləri asanlıqla düzəlsin. Həm də vicdanlı olmalısan”.


Sara, Bizim.Media

Seçilən
18
50
bizim.media

10Mənbələr