AZ

“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?” - ÖZƏL

“Əliağa Vahid bir gün görmədi. Bizə təzə ev verdilər, 2 il sonra atam dünyasını dəyişdi. Atam Polşadan özü üçün Fenya adında bir sevgili gətirmişdi. O xanım atamdan sonra həmin evdə qalırdı. Anam atamı bu söhbətə görə qınayanda atam deyirdi ki, “qapıda it saxlayırsan, sonra qova bilmirsən, mən onu necə qovum getsin?”. Atam pensiya alanda ayda ona nə qədər pul verirdi”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib:
 
“Atam rəhmətə gedəndə Fenya Yazıçılar Birliyinə gəlib, anamın yanında oturmuşdu. Anam ağlayıb-öldürürdü özünü. Fenya isə ona deyirdi ki, “sənin yenə də iki övladın var, mənim heç uşağım da yoxdur”. Atamın 125 illiyi olanda həmin Fenya gəlib anama başsağlığı verdi. Heç bilmirik ki, nə vaxt və necə ölüb? Bundan xəbərsizik. Çoxdan vəfat edib. Mən daha sonra ora getmədim” deyə o bildirib.
 
Firəngiz xanım atasının məzarını ziyarət etməyə səhhətinin imkan vermədiyini bildirib:
 
“Əzizlərimin məzarı üstünə gedə bilmirəm. Yol uzaqdır. Qışda iki dəfə yıxılmışam. Səhhətim də imkan vermir, ayaqlarım ağrıyır” deyə o bildirib.
Seçilən
38
30
moderator.az

10Mənbələr