Ajans.az xəbər verir ki, Elkin Tehranı Yaxın Şərqdə və qlobal səviyyədə sabitliyi pozan potensial təhlükə kimi qiymətləndirib. O qeyd edib ki, İran hakimiyyəti regionda bir çox terror təşkilatlarını dəstəkləyir və İranın güclənməsi dini fanatiklərin nəzarəti altında olan ölkə üçün böyük risk daşıyır. Elkinin sözlərinə görə, bu təhlükə təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi narahatlıq mənbəyidir. Eyni zamanda, İsrailin Moskvadakı səfiri Simona Qalperinin missiyasını vaxtından əvvəl başa vuracağı açıqlanıb.

Qalperin yeni vəzifəyə - İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinə rəhbərlik vəzifəsinə təyin olunacaq və həmçinin baş direktorun müavini kimi fəaliyyət göstərəcək.