AZ

ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirib

Amerika Birləşmiş Ştatları 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib.

Bu barədə məlumatı Britaniyanın “UK Defence Journal” portalı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bir neçə ədəd B61-12 tipli taktiki termonüvə aviabombası İngiltərənin şərqində yerləşən Saffolk qraflığındakı Leikenhit hərbi bazasına yerləşdirilib.

Qeyd olunur ki, bu bombalar ABŞ-ın Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən, Nyu-Meksiko ştatındakı Kirtlend aviabazasından gətirilib.

MənbəAPA
Seçilən
7
8
banker.az

10Mənbələr