AZ

17 ildən sonra İLK DƏFƏ: ABŞ nüvə silahını Britaniyaya qaytardı

ABŞ 2008-ci ildən bəri ilk dəfə nüvə silahını Böyük Britaniyaya qaytarıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Defence Journal” məlumat yayıb.
 

Bildirilib ki, ABŞ-nin B61-12 tipli termonüvə bombaları İngiltərənin Suffolk qraflığında yerləşən Leykenhit aviabazasına gətirilib. Bu, son 16 ildə ABŞ-ın Böyük Britaniya ərazisində nüvə silahı yerləşdirməsinin ilk halıdır.


Silahlar ABŞ-nin Nyu-Meksiko ştatındakı Kirtlend bazasından daşınıb və Leykenhit bazasında yeni, qorunan anbarlarda yerləşdirilib.
 

B61-12 idarə olunan aviasiya bombasıdır və gücü tənzimlənə bilir. Bu bomba F-35A qırıcı təyyarələri ilə uyğunlaşdırılıb. Leykenhitdə yerləşən iki ABŞ eskadronunun silahlanmasında da məhz bu təyyarələr var.


Pentaqon və Böyük Britaniya Müdafiə Nazirliyi bu silahların yerləşdirilməsi ilə bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media

Seçilən
28
24
bizim.media

10Mənbələr