ABŞ Rusiya neftinin alıcılarına 100 faiz rüsum tətbiq edəcəyi təqdirdə, Avropalı müttəfiqlərini Vaşinqtondan nümunə götürməyə çağıracaq.
AFN.az CNBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
"Bunun 10, 30 və ya 50 gün olduğunu bilmirik, lakin sanksiyaya məruz qalmış Rusiya neftini alan hər hansı ölkə 100 faizə qədər ikinci dərəcəli tariflərə məruz qalacaq. İndi ABŞ Senatı prezident Donald Trampla razılaşır ki, tariflər siyasi məqsədlərə çatmaq üçün bir vasitədir. Bu, inqilabi xarakter daşıyır. Prezident Tramp bütün avropalıların bəyanatlarının tonunu dəyişməyə çağırıb. Əgər biz ikinci dərəcəli tariflər tətbiq etsək, nümunəmizə əməl edin”, - deyə Bessent bildirib.