AZ

NATO-nun baş katibi Ukrayna üçün silahları hardan alınmasını söyləyib

“Avropa ölkələri Ukraynaya hərbi yardım üçün Amerika silahları almalıdırlar”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Mark Rutte təmas qrupunun iclası zamanı səsləndirib.

NATO rəhbəri bir müddət əvvəl ABŞ-yə söz vermişdi ki, Avropa Kiyevə alınan Amerika silahları üçün ödəniləcək pulu tapacaq.

“İclasda iştirak edən müdafiə nazirlərinə xitabən baş katib keçən həftə ABŞ prezidenti Donald Trampla birlikdə elan etdikləri təşəbbüsün Avropa və Kanadadakı müttəfiqlərinin sərmayələri vasitəsilə Amerika silahları ilə Ukraynaya dəstəyini artırmaq məqsədi daşıdığını vurğulayıb”, - Şimali Atlantika Alyansının pres-relizində qeyd olunub.

QAZİLER.AZ

Seçilən
6
19
qaziler.az

10Mənbələr