AZ

SOCAR "Emerson Electric Co." ilə bərpaolunan enerji layihələrində əməkdaşlığı müzakirə edib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə görüşüb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, ağıllı monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.

Seçilən
102
7
report.az

10Mənbələr