AZ

Rövşən Nəcəf Con Nita ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

İyulun 23-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə görüşüb.

SOCAR-dan hafta.az-a bildirilib ki, görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, “ağıllı” monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.

Seçilən
87
7
hafta.az

10Mənbələr