İyulun 23-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, “ağıllı” monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.
Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.