AZ

İstanbulda Medinski və Umerov arasında təkbətək görüş baş tutub - Yenilənib

Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov arasında İstanbulda təkbətək görüş baş tutub...

APA xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, daha sonra hər iki tərəfin mətbuata açıqlama verməsi gözlənilir.

***

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.

Poliqon.info

Seçilən
44
28
poliqon.info

10Mənbələr