AZ

Rusiya və Ukrayna nümayəndə heyətlərinin tam tərkibdə görüşü başlayıb - Yenilənib

İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb...

Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqlar başlamazdan əvvəl qeyd edib ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda uğur gözləyir, sülh və əsirlərin mübadiləsini asanlaşdırmaq üçün əlindən gələni edəcək.

***

Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov arasında İstanbulda təkbətək görüş baş tutub.

APA xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, daha sonra hər iki tərəfin mətbuata açıqlama verməsi gözlənilir.

***

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.

Poliqon.info

Seçilən
54
3
poliqon.info

10Mənbələr