Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxıb. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edir.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 (İkinci hissə)
Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
“Tolka Park”, Dublin, İrlandiya.