AZ

"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı


Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb. Ağdam təmsilçisi dünən axşam ikinci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxıb. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçirilən matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Mətləb

Seçilən
108
16
baki-xeber.com

10Mənbələr