AZ

“Qarabağ” “Şelburn”u DARMADAĞIN ETDİ

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində “Şelburn”la ilk oyuna çıxıb. İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park”da keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edir.

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 0:3 (İkinci hissə)

Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya.

Seçilən
20
16
busaat.az

10Mənbələr