AZ

“Real”ın istədiyi “Mançester Siti”li

“Real” Rodrini bu yay transfer etmək istəyir.

Msport.az xəbər verir ki, Madrid klubu “Mançester Siti”nin yarımmüdafiəçisi üçün sərfəli təklif etməyi düşünür.

“Kral klubu” onu gələn yay – müqaviləsinin bitməsinə bir il qalmış da almağa çalışa bilər. Əgər “Real” Rodrini bu yay transfer etməyə cəhd edərsə, transfer məbləği ən azı 100 milyon avro olacaq. Sərfəli təklif “Mançester Siti”ni maraqlandıra bilər. Çünki klubların heç biri diz zədəsindən sonra Rodrinin vəziyyətinə tam əmin deyil. Gələn yay qiymət 60-80 milyon avroya qədər enə bilər.

Qeyd edək ki, Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ildə başa çatır.

Seçilən
73
3
msport.az

10Mənbələr