Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən pilotsuz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək.
Publika.az xəbər verir ki, bunu Uber-in Yaxın Şərq üzrə avtonom mobillik üzrə rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə” deyib.
Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi pilotsuz nəqliyyatın adi avtomobillərdən 10 dəfə daha təhlükəsiz olduğunu bildirib.