AZ

Ər-Riyadda sürücüsüz avtomobillər istifadəyə verilib

Qahirə, 25 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən sürücüsüz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Uber-in Yaxın Şərq üzrə avtonom mobillik üzrə rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə” deyib.

Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi pilotsuz nəqliyyatın adi avtomobillərdən 10 dəfə daha təhlükəsiz olduğunu bildirib.

Sürücüsüz avtomobillər ilkin mərhələdə paytaxt ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı və bir sıra digər mühüm yerləri, o cümlədən magistral yollar və şəhərin mərkəzi daxil olmaqla 7 istiqamət üzrə real iş mühitində fəaliyyət göstərəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
32
6
azertag.az

10Mənbələr