AZ

Fransadan Fələstinlə bağlı tarixi qərar

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) bununla bağlı rəsmi açıqlama verəcəyini açıqlayıb.

“Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq, Fransanın Fələstin dövlətini tanıyacağına qərar verdim”, – Makron "X" hesabında yazıb.

Makron, Fələstin prezidenti Mahmud Abbasa yazdığı məktubu da əlavə etdiyi paylaşımda ölkəsinin Fələstin dövlətini tanımaq qərarını BMT Təhlükəsizlik Şurasının sentyabrda keçiriləcək iclasında rəsmən açıqlayacağını bildirib.

Makron qeyd edib ki, hazırda regionda təcili ehtiyac “Qəzzada müharibəyə son qoymaq və mülki əhalini xilas etməkdir”.

Dərhal atəşkəs, Həmas məhbuslarının azad edilməsi və Qəzzaya irimiqyaslı humanitar yardımın çatdırılması çağırışını təkrarlayan Makron, Həmas-ın tərksilah edilməsinin vacibliyini vurğulayıb.

"Eyni zamanda, Həmas-ın tərksilahına zəmanət verilməli, Qəzza təhlükəsiz və yenidən qurulmalıdır. Nəhayət, Fələstin dövləti qurulmalı və qalması təmin edilməlidir. Həmas tərksilahı qəbul edərək və İsraili tanımaqla Yaxın Şərqdə hər kəsin təhlükəsizliyinə töhfə verməyə razı olmalıdır", - Makron bildirib.

Makron problemin həlli üçün "başqa alternativin olmadığını" qeyd edib. 

Fransa və Səudiyyə Ərəbistanı iyulun 28-30-da Fələstin probleminin dinc, iki dövlətli həllinin müzakirə olunacağı “Beynəlxalq Fələstin Konfransı”na həmsədrlik edəcək.

Seçilən
76
27
marja.az

10Mənbələr