AZ

Fransadan Fələstinlə bağlı tarixi ADDIM

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq.

Milli.Az xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial şəbəkəsində paylaşım edib.

"Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq Fələstin dövlətini tanıyacaq. Bu barədə rəsmi bəyanatı sentyabrda BMT Baş Assambleyasında verəcəyəm", - deyə Makron qeyd edib.

O, həmçinin vurğulayıb ki, hazırda ən vacib məsələ Qəzza zolağında müharibəyə son qoymaq və mülki əhaliyə təcili humanitar yardım göstərməkdir.

Fidan
Milli.Az

Seçilən
72
1
milli.az

10Mənbələr