AZ

Şamaxıda ağır qəza: Ana və qızı xəsarət aldı – FOTO

Şamaxıda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadalar — 46 yaşlı Kəmalə Rəfiyeva və onun qızı, 18 yaşlı Rəfizadə Leylanı vurub. 


Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

Seçilən
94
7
bizim.media

10Mənbələr