AZ

Şamaxıda ağır qəza: Ana və qızı xəsarət aldı

Şamaxıda ağır yol qəzası baş verib.

News24.az Bizim.Media-ya istinadla bildirir ki, hadisə günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadalar — 46 yaşlı Kəmalə Rəfiyeva və onun qızı, 18 yaşlı Rəfizadə Leylanı vurub. 

Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
84
1
news24.az

10Mənbələr