Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun qızı, 18 yaşlı Rəfizadə Leylanı vurub.
Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
“Cebheinfo.az”