ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, komandanın heyətində son olaraq Sübhan Axundov (+90 kiloqram) fəxri kürsüyə yüksəlib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib. Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub. Turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş, Aysun Məmmədova (52 kiloqram) və Məhəmməd Ağakişiyev (73 kiloqram) bürünc mükafat qazanıb. AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.