Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar baş verib. 1news.az-ın Trend-ə istinadən xəbərinə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb. Məlumata görə, hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlərdə cəlb olunub. Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarından götürürlər.