AZ

Bakıda İsrail səfirliyini yandıracağı ilə bağlı yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ulfan Əliyevə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, ittihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev bu ilin yanvarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.

O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq “əlinə lopa alıb” səfiri yandıracağını deyib.

O, səfirliyin qarşısında özünü yandırmaq niyyətində olduğunu da bildirib.

Urfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
12
apa.az

10Mənbələr